ain.az bildirir, Newscenter.az portalına istinadən.
ABŞ Rusiya ilə sərhədə, Norveçə P-8 Poseidon sualtı qayıq əleyhinə təyyarələr yerləşdirib.Newscenter.az xəbər verir ki, bu barədə Newsweek jurnalı yazıb.Nəşr iddia edir ki, Danimarka, Polşa və Norveçdəki pilotsuz təyyarə insidentləri, habelə NATO ölkələrinin sualtı kabel və boru kəmərlərinə Rusiyadan gəldiyi ehtimal edilən təhlükə səbəbindən Pentaqon Şimali Avropada patrul təyyarələrinin mövcudluğunda maraqlıdır.Qeyd edək ki, Boeing P-8 Poseidon patrul missiyalarını yerinə yetirə bilən sualtı qayıqlara qarşı döyüş təyyarəsidir. O, ABŞ da daxil olmaqla bir sıra NATO ölkələrində xidmətdədir. Onun uçuş məsafəsi 8000 km-dən çoxdur və müxtəlif gəmi və sualtı qayıq əleyhinə silahları daşıya bilir.Mehman Mehdiyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.