AZ

Kainatın ilk materiyasının sirri açıldı: "Böyük partlayış"dan sonra nələrin baş verdiyi aydınlaşacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Beynəlxalq alimlər qrupu işıq sürətinə yaxın sürətlərdə atom nüvələrinin toqquşmasının yeni kompüter modellərini təqdim edib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı işin nəticələri "Physical Review Letters" jurnalında dərc olunub.
Nüvələr toqquşduqda kvark-qlüon plazması yaranır. Bu, kvarkların və qlüonların proton və neytronlardan "azad olduğu" maddə vəziyyətidir. Plazmanın tədqiqi materiyanın "Böyük partlayış"dan dərhal sonra hansı formada mövcud olduğunu anlamağa imkan verir.
Tədqiqatçılar protonların və nüvələrin daxili strukturlarının enerjidən asılı olaraq necə dəyişdiyini təsvir edərək, belə toqquşmaların ilkin şərtlərinə dair modelləri təkmilləşdiriblər. Yeni hesablamalar əvvəlki versiyalarla müqayisədə CERN və Brukheyven Milli Laboratoriyasında əldə edilmiş eksperimental məlumatlarla daha yaxşı uyğunlaşır.
"Bu tədqiqatlar kvark-qlüon plazmasının xüsusiyyətlərini daha dəqiq müəyyən etməyə və nüvə maddəsinin ekstremal şərtlərdə necə davrandığını anlamağa imkan verir", - deyə tədqiqatın həmmüəllifi, Finlandiyanın Yuvyaskyula Universitetinin dosenti Heykki Myantyusaari bildirib.
Alimlər vurğulayırlar ki, yaxın vaxtlarda Brukheyvendə yeni elektron-ion kollayderi işə düşəcək və bu, əlavə məlumatların əldə edilməsinə şərait yaradacaq.
Layihənin yekun məqsədi təbiətin dörd fundamental qüvvəsindən biri olan güclü qarşılıqlı təsiri daha dərindən öyrənməkdir.
Seçilən
15
32
oxu.az

10Mənbələr