AZ

ABŞ Konqresinə hücum etmiş "şaman" 40 trilyon dollar təzminat istəyir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2021-ci ilin yanvarında ABŞ Konqres binasına hücum zamanı geyiminə görə "şaman" kimi tanınan Ceykob Çensli ABŞ Prezidenti Donald Trampa, İsrailə, bir sıra dövlət və özəl qurumlara qarşı 40 trilyon dollar məbləğində iddia qaldırıb.
Oxu.Az-ın "Phoenix New Times" nəşrinə istinadən verdiyi xəbərə görə, Çenslinin 26 səhifəlik iddiasında Tramp, Federal Ehtiyat Sistemi, Milli Təhlükəsizlik Agentliyi, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İsrail, İlon Maskın şirkəti "X", DARPA və "Warner Bros" studiyasına qarşı ittihamlar var.
"Şaman" iddia edir ki, bu təşkilatların hamısı amerikalıların konstitusiya hüquqlarını sistemli şəkildə pozmağa yönəlik sui-qəsddə iştirak ediblər.
O, ABŞ-nin milli borcunu ödəmək üçün 38 trilyon dollar, infrastrukturun bərpası üçün daha bir trilyon, öz əqli, emosional və mənəvi iztirabları üçün daha bir trilyon pul istəyir.
Xatırladaq ki, "şaman" 2021-ci ildəki iğtişaşlara görə bir azadlıqdan məhrum edilmiş, əlavə olaraq 2 000 dollar cərimələnmişdi.
O, 2023-cü ilin martında azad edilib.
Seçilən
54
1
oxu.az

10Mənbələr