Mersinin Tarsus rayonunda baş verən faciəvi hadisədə 27 yaşlı Pelin Kıyqa həyatını itirib.
News24.az xəbər verir ki, o, Altaylılar məhəlləsindəki yaşayış binasının 7-ci mərtəbəsində liftin kabinəsində ipin qopması və liftin yerə çırpılması nəticəsində yaralanıb.
Bina sakinlərinin verdiyi məlumata görə, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Ağır xəsarətlərlə kabinədən çıxarılan Pelin Kıyqa təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Evli və bir uşaq anası olan Pelin Kıyqanın cəsədi müayinə üçün morqa aparılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Aqil Qarayev