Rusiya Kişineuda hakimiyyəti ələ keçirmək və Moldova Respublikasından Avropa İttifaqına qarşı istifadə etmək üçün seçkilərə müdaxiləyə cəhd edib.
Teleqraf xəbər verir ki, bunu “Moldova 1” ictimai televiziya kanalında Prezident Maya Sandu bildirib.
Onun sözlərinə görə, sentyabrın 28-də keçirilən parlament seçkilərində Moldova Respublikasının vətəndaşları Rusiyanın təzyiqlərinə tab gətirərək öz iradələrini ortaya qoydular.
"Moldova kiçik bir ölkədir, bizim heç bir resursumuz yoxdur. Rusiyanın məqsədi biz yox, Avropa İttifaqıdır. Moskva bizdən Avropa İttifaqına zərər verən platforma kimi istifadə etmək istəyirdi", - deyə Maya Sandu əlavə edib.
Prezident qeyd edib ki, moldovalıların cəsarətli səsverməsi Kremlə cavab, digər postsovet dövlətlərinə isə nümunədir: "Əminəm ki, Rusiyanın suverenliyini nəzarətdə saxlamağa çalışdığı digər keçmiş sovet ölkələri də bizdən nümunə götürəcəklər".