AZ

KİV: Rusiya Çinə qazı 40 faizə yaxın endirimlə satır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu il Rusiya mavi yanacağı Çinə təqribən 40% endirimlə satır.
Oxu.Az bildirir ki, bu barədə "The Moscow Times" nəşri Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatlarına istinadən yazıb.
Nazirliyin baza proqnozunda qeyd edilir ki, 2026-2028-ci illərdə Rusiya qazının Türkiyə və Avropa ölkələrinə tədarükü üçün orta qiyməti 1 000 kubmetrə görə 356.7 dollar təşkil edəcək.
Çin üçün növbəti üç ildə orta proqnoz 243.6 dollar təşkil edəcək ki, bu da Avropaya tədarüklərlə müqayisədə 31.7% aşağıdır.
Cari il üçün isə qiymət fərqi 38.1% olacaq (1 000 kubmetr üçün 401.9 dollara qarşı 248.7 dollar). Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə təbii qaz Avropa və Türkiyə ilə müqayisədə Çinə 29% endirimlə satılıb.
Daha əvvəl "Qazprom"un baş direktoru Aleksey Miller bəyan etmişdi ki, Çin üçün qazın qiyməti Avropa üçün qiymətdən aşağı olmalıdır, çünki onu Çinə çatdırmaq daha yaxındır.
Seçilən
8
2
oxu.az

3Mənbələr