AZ

Raketlərdən istifadə edib Krımı dağıdaq! Sabiq nazirdən çağırış

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles Varşava Təhlükəsizlik Forumunda çıxış edərək Krımın yaşayış üçün yararsız hala gətirilməsinə çağırış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Uolles bildirib ki, Avropa Rusiyanın 2014-cü ildə Krımı “Müqəddəs Dağ” kimi təqdim etməsinə cavab olaraq yarımadanın strateji və yaşayış imkanlarını məhdudlaşdıracaq addımlar atmalıdır.

“Ona görə də biz Ukraynaya Krımı yaşayış üçün yararsız etmək üçün uzunmüddətli imkanlar əldə etməyə kömək etməliyik. Bəli, Krımı dağıtmaq lazımdır. Biz Krımı boğmalıyıq”, – Uolles bildirib.

Keçmiş nazir həmçinin Krım körpüsünün məhv edilməsi üçün uzaqmənzilli raketlərdən istifadə fikrini səsləndirib.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr