AZ

Tramp Putindən narazılığını gizlətmədi: “O müharibəni bir həftəyə bitirməli idi”

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Rusiya lideri Vladimir Putinlə bağlı narazılığını dilə gətirib.

Musavat.com xəbər verir ki, Tramp çıxışı zamanı Putindən müharibəni çox tez başa vurmağı gözlədiyini bildirib:

“Mən Putindən məyus olmuşam. Düşünürdüm ki, o, bunun öhdəsindən tez gələcək. O, bu müharibəni bir həftəyə bitirməli idi”.

Qeyd edək ki, bu, Trampın son altı ayda Putinə qarşı səsləndirdiyi səkkizinci açıq narazılıqdır. ABŞ prezidentinin ardıcıl tənqidləri həm Qərbdə, həm də Rusiyada ciddi rezonans doğurur.

Analitiklərin fikrincə, Trampın bu bəyanatı Vaşinqtonda Rusiya siyasətinə münasibətdə formalaşan sərt mövqenin göstəricisidir. Eyni zamanda, bu mövqe Kremlin hərəkətlərinin hətta əvvəllər neytral yanaşdığı hesab edilən siyasətçiləri belə məyus etdiyini göstərir. 

 

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr