Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Virciniyadakı hərbi bazada hərbi rəhbərlərlə görüşü zamanı Rusiya prezidenti Vladimir Putinin ABŞ-ı “dünyanın ən qaynar ölkəsi” adlandırdığını bildirib.
Publika.az xəbər verir ki, tədbirin yayımı Müharibə Nazirliyinin (Müdafiə Nazirliyi) rəsmi "YouTube" kanalında aparılıb.
“Biz dünyanın ən qaynar ölkəsiyik, heç biri yaxın belə düşmür. Putin bunu mənə dedi,” — deyə Tramp vurğulayıb.
Bundan əlavə, ABŞ lideri Rusiya prezidenti ilə Alyaskada “yaxşı” görüş keçirdiklərini bir daha qeyd edib. Bununla belə, Tramp Putindən məyusluğunu ifadə edərək bildirib ki, Rusiya lideri münaqişəni bir həftə ərzində bitirməli idi.