...Deməli, bu arada Belarusun silah istehsalçısı olan “Kidma Tech”,Tula Patron Zavodu ilə müqavilə imzalayıb.
SİA-nın məlumatına görə, müqavilə Tula vilayətinin qubernatoru Dmitri Milyaev,Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin rəhbəri Dmitri Pantusun iştirakı ilə Tula Patron Zavodunun direktoru Sergey Lukin və “Kidma Tech” şirkətinin direktoru Aleksandr Boligatov tərəfindən imzalanıb....TulaPressa xəbər verir ki, müqavilə sərgidə rəsmi olaraq “mülki məhsulların tədarükü müqaviləsi” kimi elan edilib. Bununla belə, əvvəllər dəfələrlə “Kidma Tech”-in xüsusi olaraq hərbi ehtiyaclar üçün işlədiyi bildirilirdi.
“Kidma Tech” (keçmiş BSVT-New Technologies) beynəlxalq sanksiyalara məruz qalan ilk Belarus şirkətlərindən biri idi. Bu, miqrasiya böhranını idarə etmək üçün 2021-ci ilin dekabrında qəbul edilmiş (ABŞ, Böyük Britaniya və Kanadanın da qoşulduğu) Avropa İttifaqının 5-ci paketinin bir hissəsi kimi baş verdi.
2024-cü ildə İraqın “Black Shield” silah şirkəti ABŞ-ın sanksiyalarına məruz qalıb, sənədə əsasən, o, Belarusun “Kidma Tech” şirkətindən silah alıb yenidən satır.
Tula Patron Zavodu həm də Ukraynaya qarşı müharibə üçün məhsul tədarükçüsü kimi bir çox ölkələrin sanksiyalarına məruz qalıb.
Əli Babayev