AZ

Filippində 6,9 bal gücündə zəlzələ olub

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Filippinin Palompon şəhərinin qərb sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.

525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Episentri Palompon şəhərindən qərbdə və Kalape sahillərində olan zəlzələ təxminən 10 kilometr dərinlikdə qeydə alınıb.

İnsan tələfatı və dağıntı olmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

Qeyd edək ki, dünyada ən yüksək seysmik aktivliyə malik ölkələrdən biri olan Filippin Sakit Okean Seysmik Zonasında yerləşir və “Alov halqası” kimi də tanınır.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
105
525.az

1Mənbələr