AZ

İran xarici banklardan bütün pullarını çəkdi

İran Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə müavini Həmid Qənbəri "Tabnak" portalına açıqlamasında yayılan məlumatları təkzib edib.

Milli.Az xəbər verir ki, o, bildirib ki, Avropa İttifaqının "snapback" mexanizmi çərçivəsində tətbiq olunan sanksiyalar banklar üçün gözlənilən idi. Qənbərinin sözlərinə görə, dondurulan hesabların əksəriyyəti ya boş olub, ya da orada cüzi məbləğlər saxlanılıb. Yəni real olaraq ciddi maliyyə itkisi yoxdur.

Rəsmi əlavə edib ki, son illərdə ABŞ sanksiyaları səbəbilə Avropa şirkətləri İranla iqtisadi əlaqələrini demək olar ki, dayandırıb. Bu baxımdan yeni qərarın ölkə iqtisadiyyatına əlavə ağır zərbə vurması gözlənilmir.

Bununla belə, o qeyd edib ki, heç bir sanksiya tam təsirsiz sayılmamalıdır və əsas məsələ bu tədbirlərin real miqyasını düzgün dəyərləndirməkdir. 

Asya
Milli.Az

Seçilən
7
milli.az

1Mənbələr