AZ

Yeni dövr başladı: SİM kartlar tarix olur

Texnologiya dünyasında yeni bir mərhələ başlayır – fiziki SİM kartların dövrü sona çatır.

KONKRET.az xəbər verir ki, “Google”un təqdim etdiyi eSIM xüsusiyyəti ilə istifadəçilər artıq telefon nömrələrini bulud vasitəsilə asanlıqla idarə edə biləcəklər.

Fransız texnologiya saytları Jeuxvideo və Android Authority bildirir ki, “Google” yeni sistem vasitəsilə eSIM məlumatlarının ehtiyat nüsxəsini çıxarmaq imkanı yaradacaq. Bu, telefon dəyişdirərkən və ya cihazda nasazlıq baş verdikdə qarşılaşılan ən böyük problemlərdən birini aradan qaldırır. eSIM profilləri “Google” hesabında saxlanılacaq və digər cihazlara asanlıqla köçürüləcək.

Hazırda sınaq mərhələsində olan bu funksiya “Android 16” ilə bütün istifadəçilərə təqdim edilə bilər. Mütəxəssislər hesab edir ki, bu addım fiziki SİM kartların keçmişdə qalması üçün son mərhələlərdən biridir.

Yeni sistemlə istifadəçilər artıq kartı çıxarıb daxil etməli olmayacaq, operatorlarla uzun prosedurlardan keçməyəcək və bütün proses tam rəqəmsal şəkildə həyata keçiriləcək. eSIM texnologiyasının daha geniş yayılması gözlənilir.

Seçilən
37
3
konkret.az

4Mənbələr