AZ

Sumqayıtda “Jeep”lə toqquşan “Mercedes” yolun ortasında aşdı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 29-da səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı maşın, “Jeep” markalı avtomobillə toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb “Mercedes” sürücüsünün anidən idarəetməni itirməsi olub. Nəticədə avtomobilə çırpılan maşın zərbənin təsirindən arxasıüstə aşıb. Qəza zamanı hər iki minik vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
avtosfer.az

1Mənbələr