AZ

Qızıl medal alan Oqtay Hüseynov bu məşhurun nəvəsi imiş FOTOLAR

Tribuna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan üzgüçüsü, idmançımız Oqtay Hüseynov qarışıq üsulla 400 metr məsafədə finişə birinci çataraq qızıl medal əldə edib.

Tribunainfo.az-ın araşdırmasına əsasən, babasının adını daşıyan idmançımız, məşhur və əməkdar hakim Oqtay Hüseynovun nəvəsidir.

Belə ki, tanınmış idman mütəxəssislərindən biri olan Oqtay Qulam oğlu Hüseynov 1946-cı il iyul ayının 23-də Bakı şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnsitutunun güləşmə və onun metodikası fakültəsini bitirən O.Hüseynov hələ tələbəlik illərindən əvvəl sərbəst güləş üzrə Respublika Olimpiya İdman Liseyində məşqçi-müəllim kimi çalışıb. Mərhum idman mütəxəssisi ömrünün sonuna qədər həmin idman ocağında fəaliyyət göstərib.

Qeyd edək ki, O.Hüseynov 1991-ci ildən FİLA referisi kimi Sidney və Atlanta Olimpiya oyunlarının, 14 dəfə dünya çempionatının, 22 beynəlxalq turnirin hakimi olub, 1998-ci ildə isə güləş idman növündə ən yüksək sayılan “E” kateqoriyasını alıb.

Oqtay Hüseynovun nəvəsi Oqtay Hüseynov da 7 yaşından sırf üzgüçülüklə məşğuldur.

Bu nailiyyət MDB Oyunları tarixində Azərbaycan komandası üçün ilk qızıl medal kimi qeydə alınıb.

Qeyd edək ki, ölkəmizə qızıl medal qazandıran Oqtay Hüseynovun uşaqlıqdan məşqçisi Teymur Quliyev olub.

Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
3
tribunainfo.az

5Mənbələr