AZ

Fabrikdə qaz sızması: Ölənlər var

Çinin mərkəzi bölgəsində yerləşən Henan əyalətindəki bir fabrikdə baş verən zəhərli qaz sızması səbəbilə 5 işçinin həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Hebi şəhərində yerləşən Hexin Kimya Sənayesi şirkətinə məxsus fabrikdə səhər saatlarında qaz sızması baş verib. Zəhərli qazla təmasda olan işçilərdən 5-i həyatını itirib, 3 nəfər isə xəstəxanaya aparılıb.

İlkin təxminlərə görə, fabrikdəki saxlama çənindən sızan sulfat turşusunun yağış suyu şəbəkəsi vasitəsilə çirkab çəninə qarışması nəticəsində yaranan kimyəvi reaksiyanın zəhərli hidrogen-sulfid qazını ortaya çıxardığı düşünülür. Fabrikdə çalışan bütün işçilər təxliyə edilib və hadisə ilə bağlı araşdırma davam edir.

Qeyd edək ki, Çində istehsal və saxlama müəssisələrində köhnəlmiş infrastruktur və qeyri-kafi iş təhlükəsizliyi tədbirləri səbəbilə zaman-zaman insan itkisinə səbəb olan qəzalar baş verir.

Seçilən
58
cebheinfo.az

1Mənbələr