"Arsenal" müdafiəçisi Vilyam Saliba ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı İngiltərə klubunun mətbuat xidməti yayıb.
Fransa millisinin üzvünün yeni sözləşməsi 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.
24 yaşlı futbolçu bu mövsüm "topçular"ın heyətində 6 rəsmi matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat