AZ

Azərbaycan HDQ nümayəndə heyəti "SEAFUTURE 2025" beynəlxalq sərgisində iştirak edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı1-ci dərəcəli kapitan Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndəheyəti İtaliya HDQ komandanı admiral Enriko Kredendinonun dəvətiilə "SEAFUTURE 2025" 9-cu beynəlxalq sərgidə iştirak etmək üçünİtaliyada rəsmi səfərdədir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dəniz təhlükəsizliyi, regional əməkdaşlıq vəhərbi dəniz qüvvələri arasında qarşılıqlı təcrübə mübadiləsiningenişləndirilməsi məqsədilə keçirilən sərgidə dünyanın müxtəlifölkələrinin nümayəndələri, hərbi sənaye komplekslərinintəmsilçiləri və müdafiə sahəsində fəaliyyət göstərən beynəlxalqtəşkilatlar iştirak edir.

Sərgi çərçivəsində Azərbaycan HDQ komandanı italiyalı həmkarıilə görüşərək qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafındageniş fikir mübadiləsi aparıb.

Azərbaycan nümayəndə heyəti "SEAFUTURE 2025" beynəlxalqsərgisində təqdim olunan müasir dəniz texnologiyaları, innovativhərbi dəniz həlləri və digər müdafiə məhsulları ilə tanış olub.

Azərbaycan HDQ-nin bu səviyyədə beynəlxalq tədbirlərdə iştirakıölkəmizin regionda və beynəlxalq aləmdə təhlükəsizlik sahəsindəartan rolunun bariz nümunəsi, eləcə də dəniz qüvvələrininpeşəkarlığının və hərbi texniki potensialının yüksəldilməsiistiqamətində atılan addımların tərkib hissəsidir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
15
20
az.trend.az

10Mənbələr