AZ

GÖMRÜK KOMİTƏSİ 200 KQ HEROİNİ SƏRHƏDDƏN NECƏ BURAXIB? – Şok faktlar

Xəbər verildiyi kimi, bu günlərdə İran İslam Respublikasından gələn, içərisində balıq yemi olan yük avtomaşını ölkəmizin ərazisini tranzit keçmək üçün Biləsuvar Gömrük Məntəqəsindən Azərbaycan Respulikasına daxil olmuşdur…

Avtomaşına sərhəd gömrük məntəqəsində skan vasitəsi ilə baxılmış, yükdə şüphəli görünən hissədə qeydiyyat aparılmış, yük avtomaşının içində olan cəmi 60 kisə balıq yeminə güya “baxış keçirmişlər”…

Lakin az qalsın ki, “qışqıra-qışqıra, gəl-gəl deyən” 8 kisədə olan 200 kq HEROİNİ “aşkarlamamışlar, görməmişlər və müəyyən etməmişlər”…

Əlbəttə, bu, çox gülməli və şübhəli haldır. Necə ola bilər ki, avtomaşında cəmi 60 kisə yük olsun, 52 kisəsində balıq yemi, 8 kisənin içində isə ağzına kimi dolu XALİS HEROİN, amma sən onu aşkar etməyəsən?!

Sonradan həmin yük avtomaşını Tovuz Gömrük İdarəsinə yola salınmışdır…

Hamıya məlumdur ki, İran üzərindən gələn bütün yüklər dünyada NARKOTRAFİK BAXIMDAN ƏN TƏHLÜKƏLİ MARŞRUTLARDAN BİRİ SAYILIR. Praktika da bunu göstərir ki, bu ölkədən daxil olan yüklərə mütləq şəkildə xüsusi nəzarət formasında yanaşmaq vacibdir və skan vasitəsi ilə baxılmış, şübhə doğuran yüklərə fiziki baxış keçirilməlidir, ən böyük diqqət isə həmin skan avandanlığı ilə şübhəli bilinən hissəyə yönəlməlidir…

Biabırçılıq bununla bitməmişdir…

Beləki, Tovuz Gömrük İdarəsinə daxil olan həmin nəqliyyat vasitəsinə Biləsuvar Gömrük İdarəsində xüsusi nəzarət qoyulmağına baxmayaraq, heç bir tədbir görülməmiş, müvafiq yoxlama aparılmamışdır. Nəticədə, necə deyərlər “BABALI SƏRVƏRİN BOYNUNA” desək, heç nə “aşkar edilmədən” yük avtomaşını Gürcüstan Respulikasına yola salınmışdır…

Nəticə etibarı ilə gürcü gömrükçülər həmin nəqliyyat vasitəsini Gürcüstana məxsus sərhəd keçid məntəqələrində saxlamışdır. Yük avtomaşınında olan yükə fiziki və vizual tam baxış keçirərək, xüsusilə külli miqdarda olan 200 kq HEROİNİ aşkar etmiş və aidiyyatı üzrə sənədləşdirərək götürmüşlər…

Sual olunur ki, axı Azərbaycan dövlətinin bir sərhəddindən ölkəyə tranzit daxil olan və digər sərhəd gömrük orqanının fəaliyyət zonasından çıxan və ən əsası bütün dünyada XÜSUSİ RİSKLİ QIRMIZI KANAL və NARKOTRAFİK MARŞRUTU sayılan İran istiqamətindən daxil olan bir yükə düzgün nəzarət edilmədən, yükə tam və ətraflı baxış keçirməyəsən?! Dəhşətlisi odur ki, 200 kq narkotik vasitə olan HEROİNİ aşkar etməyəsən?! Bu, mümkün olmayan bir şeydir axı, ABSURDDUR! Bu nə deməkdi?! Səriştəsizliq, etinasızlıq, yoxsa göz yummaq?!

Əlbəttə, bunun adı CİNAYƏTDİR, özü də VƏZİFƏ CİNAYƏTİ!

Bu işdə qaranlıq məqamlar həddindən artıq çoxdur və xüsusi xidmət orqanları tərəfindən çox ciddi araşdırmalı olan, dövlətimizin beynəlxalq nüfuzuna və maraqlarına çox ciddi zərbə vuran bir məsələdir.

Müvafiq araşdırma aparılmalıdır və günahı olan bütün vəzifəli şəxslər cinayət və intizam məsuliyyətlərinə cəlb olunmalıdır!

Bu gün ölkəmizdə, dövlət başçımız tərəfindən aparılan daxili və xarici siyasət nəticəsində Azərbaycanımızın bütün dünyada nüfuz qazanan bir vaxtda, başda DGK-nin Sədri Şahin Bağırov, sədr müavinləri olan Bəhruz Quliyev, Güloğlan Muradlı və digər rəhbər şəxslərinin belə yarıtmaz idarəetmə üsulunun və işi düzgün təşkil etməmələrinin, daxili intriqalar və klan davası aparmaqlarının və öz şəxsi maraqlarını güdmələrinin, fikrimcə, bir ADI VAR - DÖVLƏTƏ və XALQA  XƏYANƏT!

“Hürriyyət”

 

Seçilən
7
1
hurriyyet.az

2Mənbələr