AZ

Netanyahu üzr istəyib – Buna görə

İsrailin Baş naziri Benyamin Netanyahu qətərli həmkarı ilə telefon əlaqəsi saxlayaraq Dohaya edilən son hava hücumuna görə üzr istəyib. 

İsrail mətbuatının məlumatına görə, telefon danışığı ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirilən görüş zamanı baş tutub.

Tramp həmin gün Netanyahunu Vaşinqtonda qəbul edib. Danışıqlar zamanı əsas mövzular Qəzza zolağında mümkün atəşkəs razılaşması və İranla bağlı regional gərginlik olub.

ABŞ prezidenti jurnalistlərə açıqlamasında Qəzzada atəşkəsin əldə olunacağına “çox əmin olduğunu” bildirib və bu istiqamətdə diplomatik səylərin davam etdirildiyini vurğulayıb.

Seçilən
6
tribunainfo.az

1Mənbələr