Oqtay Hüseynov III MDB Oyunlarında Azərbaycana üzgüçülük üzrə ilk qızıl medalı qazandırdı.


Rekord.az xəbər verir ki, bu qələbə Azərbaycan üçün tarixi nailiyyətdir.


Belə ki, Oqtay Hüseynov Azərbaycan tarixində MDB Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanan ilk idmançıdır.


Qələbədən sonra Oqtay Hüseynov təəsüratlarını bölüşüb: “Bu, inanılmaz bir hissdir! Mənim arzum budur ki, Azərbaycan bayrağını qaldırım və hər yarışda himnimiz səslənsin. Komanda yoldaşlarıma uğurlar arzulayıram.


Mənə dəstək olan hər kəsə, həmçinin məşqçilərimə xüsusi təşəkkürümü bildirirəm”.