AZ

“Təki bu gün olmayaydı” – Murad Dadaşov (VİDEO)

“Təki bu gün olmayaydı”.

Musavat.com xəbər verir ki, bu sözləri Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti və “Bakılı oğlanlar” KVN Teatrının keçmiş üzvü Murad Dadaşov mərhum Cabir İmanovla vida mərasimində jurnalistlərə açıqlamasında deyib.

O, aktyorun itkisini böyük kədər kimi qiymətləndirib:

“Heç kim bu günü yaşamaq istəmirdi. Təki dünənki, bu günkü gün olmayaydı, həyatımızdan silinəydi... Mənim üçün, hamımız üçün çətin, ağrılı olan bu dəqiqələrdə özümüzdə güc tapıb ürək sözlərimizi deməliyik”.

 

Könül İbrahim
Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr