AZ

“Barselona”nın sabiq prezidenti saxtakarlıqda ittiham olunur

“Barselona”nın sabiq prezidenti Xosep Bartomeu saxtakarlıqda ittiham olunur.

Msport.az xəbər verir ki, şəhər məhkəməsi funksioneri ifadə vermək üçün çağırıb.

İstintaq Kataloniya təmsilçisinin hazırkı prezidenti Xuan Laportanın bəyanatından sonra başlayıb. Kluba dəyən ziyan 30 milyon avro qiymətləndirilir.

İddialara görə, 2019-cu ildə “Zenit”ə satılan Malkom və eyni ildə “Atletiko”dan heyətə cəlb olunan Antuan Qrizmannın transferi zamanı saxtakarlıq edilib.

Seçilən
7
1
msport.az

2Mənbələr