AZ

Siyavuş Novruzov: "İcbari tibbi sığorta ilə əlaqədar xidmətlər zərfində əməliyyat pulu qarşılansa da, xəstələrin qalmaq pulu nəzərdə tutulmur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İcbari tibbi sığorta ilə əlaqədar xidmətlər zərfində əməliyyat pulu qarşılansa da, xəstələrin qalmaq pulu nəzərdə tutulmur".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov bildirib ki, bəzi özəl xəstəxanalarda əməliyyatlar olsa da, həmin özəl xəstəxanalarda qalmaq həddindən çox bahadır:
"Bəzi özəl xəstəxanaların palata qiyməti hotel qiymətinədir. Əməliyyat olunan xəstə sonradan palatada qalanda, palatada qalmaq pulu əməliyyat pulundan baha başa gəlir. Xəstə əməliyyat olan kimi də durub evə gedə bilməz. Ən azı bir neçə gün qalmalıdır ki, sonradan evə buraxılsın. Əgər hansısa xəstə əməliyyatdan sonra özü əlavə bir neçə gün xəstəxanada qalmaq istəyirsə, onda həmin bahalı palata pulu hesablansın.
Təklif edirəm ki, əməliyyat xərclərindən əlavə olan xərcləri də xidmətlər zərfinə daxil edək, ya da bunu başqa üsulla tənzimləyək".
Samir Əli
Seçilən
54
1
oxu.az

2Mənbələr