AZ

"Qarabağ" çağırış etdi, bu məsələni gündəmə gətirdi

"Qarabağ" azarkeşlərə müraciət edib.

Sportinfo.az xəbər verir ki, müraciətdə bildirilib:

"Oktyabrın 1-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçını izləmək üçün azarkeşlərimizi stadiona erkən gəlməyə çağırırıq.

Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qeyd edək ki, qapılar qarşılaşmaya 2 saat (120 dəqiqə) qalmış açılacaq".

"Qarabağ" - "Kopenhagen" oyunu yerli vaxtla saat 20:45-də başlanacaq.

Seçilən
50
32
sportinfo.az

10Mənbələr