ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
İsrail-İran münasibətlərində sabitlik yenidən pozulub və son günlər hər iki tərəfdə cəsus şəbəkələri, kiber münaqişə, sanksiyalar və xüsusilə də hücum retorikasının sərt şəkildə yer alması müşahidə olunması, deməyə əsas verir ki, yenidən hərbi əməliyyatlara başlanılması üçün kifayət qədər zəmin olmasa da, prosesə artıq start verilib. Bunu İran rəsmilərinin son vaxtlar, ard-ardınca nüvə silahı ilə bağlı verdikləri bəyanatların tərkibindən də müəyyən etməklə görmək mümkündür.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
Onun sözlərinə görə, amma, göründüyü kimi ABŞ və Qərb, bu məsələdə İrana inanmaq istəmirlər və İsrailin haqlı olduğunu sübut etməyə çalışırlar: "Bu səbəbdən yaxın gələcəkdə İranın daha sərt sanksiyalarla üzləşməsi qaçılmazdır və hesab edirəm ki, İrana qarşı İsrail tərəfindən hərbi əməliyyatlara başlanılması halında ABŞ və digər Avropa ölkələrinin də müdaxiləsi mümkün variantlardan biri kimi görünür. İranın Rusiyadan yeni döyüş təyyarələri alması faktı, raket zavodlarının bərpası, müdafiə infrastrukturlarının yenidən qurulması və digər hazırlıqları, yenidən İran-İsrail müharibəsinin başlanması ehtimalını artırmaqdadır. Doğrudur, tammiqyaslı müharibə ehtimalı zəif görünə bilər, amma bu heç də sıfir ehtimal demək deyil. Lokal eskalasiya və hava hücumları, raket, dron hücumları, cəsus hücumları, proksi qüvvələrin müharibə etmə ehtimalı yüksək görünür. İsrail baş naziri Netanyahunun dediyi kimi, əgər "İranın nüvə obyektlərinə qarşı yenidən hərbi əməliyyatlara başlamaq əmri veriləcək" baş verdiyi halda, İranın da İsrailin nüvə obyektlərinə raket zərbələri endirməsi ehtimalı artıq İranın rəsmilərinin dilindən səslənir və bu əməliyyatların reallaşması nəticəsində çox ciddi təhlükələr meydana gələ bilər. Bu səbəbdən müharibə riski ciddi olaraq qalır. Hər iki tərəfin xırda bir ehtiyatsızlığı nəticəsində yeni müharibənin başlanmasının qarşısını almaq mümkün olmaya bilər".
Cavid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.