AZ

Media təhsili strateji prioritetə çevrilməkdədir - Nazimə Muratova

Bakı. Trend:

Azərbaycan-Özbəkistan Media Forumu yeni ideyalar və təşəbbüslərüçün platformaya çevriləcək - o ideyalar ki, Azərbaycan vəÖzbəkistan arasında əməkdaşlığa yeni nəfəs verəcək və qlobal mediasferasına töhfə olacaq.

Trend xəbər verirki, bunu Özbəkistanın Jurnalistika və Kütləvi KommunikasiyalarUniversitetinin elm və innovasiyalar üzrə prorektoru NaziməMuratova II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanısöyləyib.

Onun sözlərinə görə, yeni texnologiyalar və platformalarxəbərlərə baxışımızı, ictimai məsələlərin müzakirəsini və dünyanınqavranılmasını dəyişib. Bu şəraitdə jurnalistika artıq təkcətransformasiya vasitəsi deyil – bugün o, həm də etimad,dayanıqlılıq və sosial inkişafın əsasını təşkil edir.

“Məhz bu səbəbdən, media təhsili strateji prioritetə çevrilir.XXI əsrdə media savadı artıq lüks və ya əlavə bacarıq sayılmır, hərbir vətəndaşın təməl səviyyədə bilməli olduğu bir zərurətdir. Lakingələcək jurnalistlər üçün bu kifayət etmir. Onlar rəqəmsal alətlərimənimsəməli, böyük məlumatları təhlil etməyi və daimi informasiya“səs-küyü” şəraitində faktları yoxlamağı öyrənməli – eyni zamandaetik prinsiplərə və humanist dəyərlərə sadiq qalmalıdırlar”, – deyəMuratova vurğulayıb.

Məqalədə:
Seçilən
54
2
az.trend.az

3Mənbələr