AZ

Jurnalistin qarşısındakı əsas vəzifə dəqiq məlumat verməkdir - Sevinc Abdullayeva

Bakı. Trend:

Jurnalistin qarşısındakı vəzifə məlumatı birinci yaymaq yox,dəqiq məlumat verməkdir.

Trend xəbərverir ki, bu sözləri AZƏRTAC-ın İdarə Heyəti sədrinin müaviniSevinc Abdullayeva II Azərbaycan-Özbəkistan Media Forumuçərçivəsində“Rəqəmsal informasiya mühitində etik məsuliyyət”mövzusunda panel müzakirə zamanı deyib.

O bildirib ki, KİV-lərin əsasən qələm və dəftərdən ibarət olduğubir vaxtda da jurnaliatika etikası var idi:

"İndi isə bu anlayış bir az fərqlidir. Bu gün biz hakerlikdəndanışırq. Bu gün etika nəyinki bir öhdəlikdir, biz bu müstəvidə birçox çağırışlarla üzləşirik. Jurnalistin qarşısındakı vəzifəməlumatı birinci yaymaq yox, dəqiq məlumat verməkdir. Faktlarıyoxlamaq 21-ci əsrə aid olan mühim bir bacarıqdır".

Onun sözlərinə görə, məlumatı operativ çatdırmaq onungerçəkliyini kölgə altına salmamalıdır.

"Bəzən olur ki, biz məlumatı gec veririk, amma bizdə yanlışxəbər verilib iradı tutulmur.
Emosional başlıqlar kimi hallarla üzləşirik. Bu ictimai fikrinmonipulyasiyaya məruz qalması ilə nəticələnir. Biz nəyinki məlumatıyoxlamaq, bu məlumatın hansı reallıqda baş verməsini dəunutmamalıyıq".

"Zənnimcə, jurnalistlər, jurnalist təşkilatları arasındaəlaqələri dərinləşdirmək lazımdır ki, onlar hadisələri təhrifə yolvermədən işıqlandırsınlar. Auditoriya sizdən həqiqətləri gözləməkləsavayı bilmək istəyir ki, siz məlumatı hansı mənbədən əldəetmisiniz. Jurnalistin kiçik bir səhvi cəmiyyətdə böyük bir təlaşagətirib çıxara, jurnalistika sahəsinə olan inamın itməsinə səbəbola bilər. Bəzən məlumatı təkrar yayırlar və bunu öz adlarındantəqdim edirlər. Onlar artıq öz həmkarlarına hörmətsizlik edirlər.Peşəkar jurnalist məsuliyyətli jurnalistdir. Peşəkar jurnalistsaxta məlumatların yaranması və yayılması kimi əməllərə əlatmamalıdır. Məsuliyyətdən danışırıqsa, etibar olmalıdır.Texnologiya həmişə dəyişir amma vicdan əbədi olaraq qalır", - deyəSevinc Abdullayeva fikirlərini tamamlayıb.

Məqalədə:
Seçilən
63
az.trend.az

1Mənbələr