Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında İranla bağlı açıqlamalar verib.
"Cebheinfo.az" xəbər verir ki, Tramp ilk prezidentlik dövründə imzalanan və İsrailin dörd müsəlman əhalisi üstünlük təşkil edən ölkə ilə münasibətlərini normallaşdırmasına səbəb olan "İbrahim Sazişi"nə toxunaraq, İranın da bu prosesə qoşula biləcəyini bildirib. “Kim bilir, bəlkə İran belə bu işə daxil ola bilər",- deyə qeyd edib.
"Reuters"-in xəbərinə görə, Tramp həm Netanyahu, həm də özünün Fələstin dövlətinin yaradılmasına qarşı olduqlarını vurğulayıb. O, "İbrahim Sazişi"nin davam etməsini istədiklərini və hətta İranın da bu anlaşmalara daxil ola biləcəyini irəli sürüb.
Trampın “Burada İsrailin yaxın dostu olaraq "İbrahim Sazişi"nə vasitəçilik etdim. Bir çox insan Abraham deyir, İbrahim deyirlər. Abraham daha zərif səslənir” ifadələri diqqət çəkib.
ABŞ Prezidenti bu anlaşmaları hazırlayanlar üçün “dahi bir qrup” ifadəsini işlədib: “Bəlkə İran da bu prosesə qoşula bilər. İranla münasibətlərimiz çox yaxşı deyil, amma burada həqiqətən bir ümid olduğuna inanıram”.
Tramp çıxışının sonunda İsrail üçün “Suriyadan Livana, Səudiyyə Ərəbistanına qədər bölgədəki digər insanlarla birgə yaşayacaqlar. Yeni bir Orta Şərq vədi çatmaq üzrə olduğumuz bir məsafədədir. Saxta sülhə deyil, həqiqi sülhə heç bu qədər yaxın olmamışdıq”,-deyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.