
ABŞ və İran arasında əldə olunan razılaşmaya əsasən, 100-ə yaxın İran vətəndaşı vətənə qaytarılıb. New York Times-ın məlumatına görə, deportasiya edilənlər arasında qadınlar və cütlüklər də var. İran rəsmiləri bəzilərinin aylarla təcridxanalarda saxlandıqdan sonra könüllü getdiyini, əksəriyyətinin isə sığınacaq müraciətlərinin rədd edildiyini bildirib. Proses “nadir əməkdaşlıq” və iki ölkə arasında münasibətlərdə mühüm addım kimi vurğulanıb.
Xəbər verildiyi kimi, ABŞ hökuməti Tehran hökuməti ilə əldə olunan razılaşmaya əsasən 100-ə yaxın İran vətəndaşını vətənə qaytarıb.
“The New York Times” qəzeti prosesdən xəbərdar olan mənbələrə istinadən yazıb ki, razılaşma nəticəsində iranlılar təyyarə ilə vətənə qaytarılıb. Adının açıqlanmasını istəməyən iki İran və bir ABŞ rəsmisinin sözlərinə görə, deportasiya edilənlər arasında qadınlar və cütlüklər də var.
İran rəsmiləri bəzi şəxslərin aylarla təcridxanalarda saxlandıqdan sonra ABŞ-ı könüllü olaraq tərk etdiyini, böyük əksəriyyətinin isə sığınacaq müraciətlərinin rədd edildiyini bildirib. Eyni rəsmilər bu prosesin ABŞ və İran arasında "nadir bir əməkdaşlıq forması" olduğunu və "iki ölkə arasında aylarla davam edən danışıqların kulminasiya nöqtəsini təmsil etdiyini" vurğuladılar.