AZ

III MDB Oyunları çərçivəsində növbəti çövkən matçı keçirilib

III MDB Oyunları çərçivəsində növbəti çövkən matçı keçirilib. SİA-nın məlumatına görə, B qrupunda Türkiyə yığması Özbəkistanla qarşılaşıb.

Şəki şəhər stadionunda baş tutan görüş Asiya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu gün Azərbaycan millisi də meydana çıxacaq. Komanda A qrupunda ikinci matçını Küveytə qarşı keçirəcək.

Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.

Seçilən
37
1
sia.az

3Mənbələr