AZ

Kubada İmelda qasırğası: Ölənlər var

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kubada "İmelda" qasırğası nəticəsində iki nəfər ölüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Kubanın Baş naziri Manuel Marrero Kruz "X" hesabında məlumat verib.

Məlumata görə, Quantanamo və Santyaqo-de-Kuba əyalətləri xüsusilə zərər görüb, güclü yağışlar nəticəsində xeyli dağıntılar qeydə alınıb.

"İki nəfərin ölümü ilə bağlı kədərimizi bildiririk və ictimaiyyətdən məlumatlı olmağı, mümkün qədər tez şəkildə bərpa işlərinə qoşulmağı xahiş edirik", - deyə Marrero bildirib.

Səlahiyyətlilər zərərçəkmiş bölgələrin yerli administrasiyaları ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi üçün işləməyə davam edirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
oxu.az

1Mənbələr