AZ

III MDB Oyunları: Azərbaycan 1 qızıl, 1 bürünc medal qazandı

Azərbaycan III MDB Oyunlarında daha iki medal əldə edib.

Fanat.Az xəbər verir ki, üzgüçü Oqtay Hüseynov birinci yeri tutaraq qızıl medal qazanıb.

O, 400 metr məsafəyə qarışıq üzmə yarışında bütün rəqiblərini qabaqlayıb.

Rusiyalı İlya Yamşanov ikinci, Belarusdan olan Maksim Malışka üçüncü yeri tutub.

Azərbaycanın daha bir üzgüçüsü Yeqor Maynitski isə bürünc medal qazanıb. O, 200 metr məsafəyə bras üsulu ilə üzməkdə 3-cü olub. Rusiyalı İlya Yaşmanov qızıl, Balarusdan olan Maksim Malışka gümüş medala sahib çıxıb.

Seçilən
61
fanat.az

1Mənbələr