AZ

Taliblər internetin kökünü kəsdilər

Hurriyyet.az xəbər verir ki, Taliban hökuməti Əfqanıstan ərazisində internet verilişini tamamilə dayandırıblar.

NetBlocks veb monitorinq xidmətinin məlumatına görə, Taliban bütün rabitə kanallarını kəsib.

Kabildə fiber-optik internetin fəaliyyəti dayandırılıb, bundan sonra mobil telefon xidmətində və peyk televiziyasında fasilələr yaranıb.

Nəqliyyata da ziyan dəyib: paytaxtın hava limanında bəzi reyslər ləğv edilib.

Taliban bunu “əxlaqsızlığa qarşı zəruri mübarizə” ilə izah edir.

Hürr Tərcüman

 

Seçilən
39
hurriyyet.az

1Mənbələr