AZ

İtaliyanın ən böyük stadionu söküləcək

BAKI, 30 sentyabr. TELEQRAF

“İnter” və “Milan” klublarının oyunlarını keçirdiyi “San Siro” stadionu söküləcək.

Teleqraf "Il Messaggero" nəşrinə istinadən xəbər verir ki, Milan şəhər şurası arenanın klublara satılması barədə qərar qəbul edib.

Plana görə, Avro-2032-yə qədər şəhərdə daha müasir və funksional arena inşa ediləcək.

Qeyd edək ki, 1926-cı ildə istifadəyə verilmiş “San-Siro” 75 mindən çox tamaşaçı tutumu ilə onu İtaliyanın ən böyük stadionudur və Avropada isə ən böyük stadionlardan biridir.

Seçilən
34
teleqraf.com

1Mənbələr