AZ

Ukraynalı aktyor döyüşlərdə həlak oldu - Foto

Ukraynalı aktyor, musiqiçi Andrey Neskubin döyüşlərdə həlak olub.

Axar.az xəbər verir ki, bu barədə onun fəal iştirakçısı olduğu “Şelter Plyus” mədəni-ictimai mərkəzi Feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı aktyor 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub, bir neçə dəfə yaralanıb və əməliyyat olunub.

Lakin son günlərdə tapşırıq icrası zamanı Rusiya aviasiya bombasının zərbəsi nəticəsində həyatını itirib.

Xatırladaq ki, daha əvvəl ukraynalı aktyor, 48 yaşlı Pyotr Velikinin də cəbhədə öldüyü bildirilmişdi.

Seçilən
51
14
axar.az

10Mənbələr