AZ

Tramp bu gün generallarla görüşdən sonra mühüm bəyanat verəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evin Oval kabinetində mühüm bəyanatla çıxış edəcək. Bəyanatın mövzusu hələlik ictimaiyyətə açıqlanmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Vaşinqton administrasiyasının Mətbuat Xidmətinin yaydığı iş qrafikində yer alıb.
"Saat 11:00-da (Bakı vaxtı ilə 19:00) prezident bəyanat verəcək", - deyə sənəddə qeyd olunub.
Qrafikə əsasən, Tramp bəyanatı Virciniya ştatının Kuantiko şəhərində ölkənin müdafiə naziri Pit Heqset və yüzlərlə general-admiralın iştirakı ilə keçirilən görüşdən Ağ Evə qayıtdıqdan dərhal sonra səsləndirəcək.
Seçilən
30
2
oxu.az

3Mənbələr