“Düşünürəm ki, hökuməti bağlayacağıq. Çünki demokratlar düzgün qərar qəbul etməyəcək”
Herbiand.az xəbər verir ki, bu fikirləri ABŞ-ın vitse-prezidenti Ceyms Vens ABŞ hökumətinin ölkəsinin şatdaunla (hökumətində fikir ayrılığı) qarşı-qarşıya qalacağı təhlükəsi ilə bağlı xəbərdarlıq edərkən deyib.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə müxalifət liderləri ilə danışıqlar aparıb və nəticəlkərin ürəkaçan olmadığı bildirilib.
Məhz bunun nəticəsidir ki, oktyabrın 1-dən ABŞ büdcəsiz yeni maliyyə ilinə başlayır. Konqres hökuməti qısa müddətə maliyyələşdirməyə davam etmək üçün ən azı müvəqqəti qətnamə qəbul edə bilməsə, federal agentliklər qeyri-müəyyən müddətə bağlanmaq təhlükəsi ilə üzləşirlər.
Onu da qeyd edək ki, ABŞ tarixində ən uzun bağlanma 35 gün davam edib və bu bağlanma Donald Trampın birinci prezidentliyi dövründə baş verib.