AZ

Vens ABŞ-ın şatdaunla qarşılaşması ehtimalının yüksək olduğunu deyib

“ABŞ hökuməti çox güman ki, demokratlarla fikir ayrılığı səbəbilə şatdaunla qarşı-qarşıya qalacaq”.

APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Vens deyib.

“Düşünürəm ki, hökuməti bağlayacağıq. Çünki demokratlar düzgün qərar qəbul etməyəcək”, - Vens ABŞ prezidenti Donald Trampın Ağ Evdə müxalifət liderləri ilə danışıqlarından sonra jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, oktyabrın 1-də ABŞ büdcəsiz yeni maliyyə ilinə başlayır. Konqres hökuməti qısa müddətə maliyyələşdirməyə davam etmək üçün ən azı müvəqqəti qətnamə qəbul edə bilməsə, federal agentliklər qeyri-müəyyən müddətə bağlanmaq təhlükəsi ilə üzləşirlər.

Onu da qeyd edək ki, ABŞ tarixində ən uzun bağlanma 35 gün davam edib və bu bağlanma Donald Trampın birinci prezidentliyi dövründə baş verib.

Seçilən
6
1
apa.az

2Mənbələr