AZ

Türkiyə Trampın Qəzza planını bir neçə ərəb ölkəsi ilə müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı, Qətər və İordaniyadan olan həmkarları ilə ABŞ prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli üçün bazar ertəsi təqdim etdiyi planı müzakirə edib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Qeyd edək ki, bu gün Tramp Qəzzada böhranın həlli üçün 20 bəndlik plan təqdim edib.

Sənəddə digər məsələlərlə yanaşı, dərhal atəşkəs və 72 saat ərzində girovların azad edilməsi tələb olunur.

Layihədə həmçinin deyilir ki, HAMAS və digər silahlı qruplar həm birbaşa, həm də dolayı yolla Qəzzanın idarə olunmasında iştirakdan imtina etməlidirlər.

Seçilən
16
2
apa.az

3Mənbələr