AZ

Konqres üzvləri ABŞ hökumətinin maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilməyib

ABŞ Konqresinin demokrat və respublikaçı üzvlərinin nümayəndələri bazar ertəsi Ağ Evdə prezident Donald Trampla görüşdən sonra federal hökumətin bağlanmasının qarşısını almaq üçün tədbirlər haqqında razılığa gələ bilmədiklərini açıqlayıblar.

APA xəbər verir ki, bu barədə Senatda demokrat azlıqların lideri Çak Şumer məlumat verib.

"Bizim çox ciddi fikir ayrılıqlarımız var" deyən Şumer bildirib ki, bu fikir ayrılıqları səhiyyə xərclərinə, həmçinin Vaşinqton administrasiyası tərəfindən əvvəllər ləğv edilmiş bir sıra sahələr üçün ayrılan ödəmələrə aiddir.

"Respublikaçıların fəaliyyətini dayandırmaq istəyib-istəməməsi öz işidir. Biz prezidentə bəzi təkliflər təqdim etmişik. Respublikaçı liderlər onları müzakirə etməli olacaqlar. Amma son nəticədə qərarı o verir", - Şumer deyib.

Seçilən
28
2
apa.az

3Mənbələr