AZ

İtamar Ben Qvir Netanyahunun Qətərdən üzr istəməsinə sərt reaksiya verib

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin sabiq milli təhlükəsizlik naziri və “Otzma Yehudit” partiyasının sədri İtamar Ben-Qvir İsrailin baş naziri Binyamin Netanyahunun Dohaya endirilən hava hücumuna görə Qətərdən üzr istəməsinə sərt reaksiya verərək hücumu vacib, ədalətli və əxlaqlı olaraq xarakterizə edib.

APA xəbər verir ki, Ben-Qvir bu haqda özünün “X” hesabında məlumat verib.

Qətərə hücumu müdafiə edən və Netanyahunu tənqid edən Ben-Qvir sözlərinə belə davam edib: "Qətər terroru dəstəkləyən, maliyyələşdirən və təhrik edən bir ölkədir. Heç bir pul terroru onların əlindən təmizləyə bilməz".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
apa.az

2Mənbələr