AZ

Netanyahu: İsrailin Qəzzada təhlükəsizlik perimetrini tərk etmək niyyəti yoxdur

İsrail yaxın gələcəkdə Qəzza zolağında təhlükəsizlik perimetri daxilində qalacaq.

APA-nın “Sky News”a istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında deyib.

"HAMAS sizin planınızla razılaşarsa (Trampa müraciət edir), ilk addım qoşunların qismən çıxarılması, ardınca isə 72 saat ərzində bütün girovlarımızın azad edilməsi olacaq. Növbəti addım HAMAS-ın tam tərksilahına və Qəzzanın demilitarizasiyasına cavabdeh beynəlxalq qurumun yaradılması olacaq", - Netanyahu Qəzza planını açıqlayıb.

Seçilən
13
3
apa.az

5Mənbələr