III MDB Oyunlarında çıxış edən voleybol üzrə qızlardan ibarət U-15 millimiz ilk oyununda Tacikistanla üz-üzə gəlib. "Rekord.az" xəbər verir ki, komandamız bu görüşdə çətinlik çəkmədən quru hesablı qələbə qazanıb.
Yığmamızın baş məşqçisi Şahin Çatma qarşılaşmadan sonra jurnalistlərə açıqlama verib:
"Hədəfimiz bu oyun deyildi, lakin turniri uğurla başa vurmaq üçün bu matçda qələbə qazanmalıydıq. Komandamız bundan yaxşı oynaya bilərdi, çünki daha üst səviyyədədirlər. Qızlar çox həyəcanlı idilər. Onların 13-15 yaşları var. Oyun oynadıqca bu həyəcanları keçəcək. Hazırkı hədəfimiz Özbəkistanla oyundur. Əsas məqsədimiz medal qazanmaqdır. Federasiya rəhbərliyinin uşaq voleybolunun inkişafı istiqamətində gördüyü işlərin bir nəticəsi kimi bu yarışda medal qazanmaq istəyirik. Əsas hədəfimiz əsas milli komandaya oyunçu yetişdirməkdir, lakin müxtəlif turnirlərdə mükafatlar qazansaq daha yaxşı olacaq