ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
29 sentyabr – 1 oktyabrda İspaniyanın Barselona şəhərində UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı (MONDIACULT 2025) keçirilir.
Mədəniyyət Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.
Sentyabrın 29-da konfransın rəsmi açılış mərasimi olub. Çıxışlarda üç gün davam edəcək konfransın əhəmiyyəti vurğulanıb, məqsədləri diqqətə çatdırılıb. Həmçinin yeni çağırışlar fonunda qarşıda duran vəzifələr, atılmalı olan addımlardan bəhs edilib.
Sonra maraqlı konsert proqramı təqdim olunub.
Qeyd edək ki, konfrans çərçivəsində sentyabrın 29-da “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu”da təşkil olunub. Mədəniyyət naziri Adil Kərimli görüşdə çıxış edib.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.