AZ

Qərbi Azərbaycanın toponimləri haqqında kitabın təqdimatı oldu - FOTOLAR

“Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi yeni çapdan çıxan “Ermənistanın toponimik cinayətləri” adlı kitabın təqdimatını keçirib.Sentyabrın 29 – da Bakı Dövlət Universitetində baş tutan təqdimatda mütəxəssislər, tədqiqatçılar, QHT rəhbərləri, gənc tədqiqatçılar çıxış edərək kitab haqqında fikirlərini bildirmişlər.

Mövzu elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların, tələbə - gənclərin, QHT- lərin iştirakı ilə müzakirə olunmuşdur. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin rəhbəri, “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev layihə və kitab haqqında ümumi məlumat vermişdir. Kitab Qərbi Azərbaycanın adları dəyişdirilmiş etnotopnimləri, antrotoponimləri, oronimləri, hidronimləri, zoo və fitotoponimləri, İrəvan şəhərinin mikrotoponimləri haqqında çox əhəmiyyətli vəsaitdir.

“Ermənistanın toponimik cinayətləri” adlı kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxışında bildirmişdir ki, "Ermənistanın toponimik cinayətləri" kitabı bir daha onu göstərir ki, indi Ermənistan Respublikası adlanan dövlətin ərazisi tarixi Azərbaycan torpağıdır və onun bariz nümunəsi isə həmin ərazidəki toponimlərdir. Bu kitab həmçinin Ermənistanın rəsmi dairələrinin azərbaycanlıların tarixi-etnik torpaqlarından izlərinin silinməsinə xidmət edən siyasətinin ifşa edilməsinə və yaranan yeni reallıq şəraitində tarixi yaddaşımızın bərpasına xidmət edir.

Təqdimatda poliqrafiya, çap məhsulları təqdimat iştirakçılarına paylanmışdır.

Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

AzVision.az

Qalereya


Seçilən
25
azvision.az

1Mənbələr