AZ

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri hospitalları ziyarət ediblər  

Sentyabrın 29-da 1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü ərəfəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri aidiyyəti hərbi qurumların yüksəkrütbəli hərbi qulluqçuları ilə birlikdə Silahlı Qüvvələrin hospitallarında müalicə olunan hərbçilərə baş çəkiblər.

Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ziyarətçilər Baş Prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun rəhbərliyinin salamlarını çatdırıb, müalicə olunan hərbi qulluqçuların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıblar.

Ziyarət zamanı ölkə başçısının rəhbərliyi ilə dövlətimizin əldə etdiyi uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbədən, eləcə də hərbçilərə göstərilən yüksək diqqət və qayğıdan bəhs edilib.

Ardınca hərbi qulluqçulara hədiyyələr təqdim olunub.

Hospitalların kollektivi və orada müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
8
3
azerbaijan-news.az

4Mənbələr