AZ

Okan Buruk: “Mourinyo Türkiyəyə gələndə çox danışırdı”

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Fənərbaxça”nın sabiq çalışdırıcısı Joze Mourinyonun Türkiyə superliqasında çıxış etməsinə münasibət bildirib.

İdman.biz bildirir ki, Mourinyo 2024-cü ilin iyulundan 2025-ci ilin avqustuna qədər “Fənərbaxça”nı çalışdırıb.

“Mourinyo bura gələndə çox danışmağa başladı. Çox cəhd etdi, amma sonda biz ondan daha yaxşı olduq. Mən ondan daha yaxşı oldum. Onlara öz stadionlarında iki dəfə qalib gəldik. Bu il təəssüf ki, o, burada olmayacaq. Mourinyo əvvəlki kimi diqqətini cəmləmir, futbol haqqında əvvəlki kimi düşünmür. Məşqçilik tərzini də dəyişmir. O, həqiqətən vacib fiqurdur, həqiqətən güclü xarizmaya malikdir, lakin futbol nöqteyi-nəzərindən biz hər il təkmilləşməliyik. Ola bilsin ki, onun problemi məşqçi kimi təkmilləşməməsidir”, - Buruk deyib.

Hazırda portuqaliyalı mütəxəssis “Benfika”nın baş məşqçisidir.

İdman.biz

Seçilən
11
1
idman.biz

2Mənbələr