AZ

Bu addım Azərbaycanın qlobal rəqabət qabiliyyətini yeni mərhələyə yüksəldəcək — Nazir

“Superkompüterin imkanlarından təkcə dövlət qurumları deyil, həm də özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyəti nümayəndələri istifadə edə biləcək”.

Demokrat.az bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda   keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

Nazirin sözlərinə görə, yüksək performanslı hesablama resurslarına çıxışın demokratikləşdirilməsi bilik mübadiləsini genişləndirəcək, proqnozlaşdırmanı təkmilləşdirəcək və sübuta əsaslanan qərarların qəbulunu gücləndirəcək:

“Bu addım innovasiyalara əsaslanan inkişaf strategiyamızı əhəmiyyətli dərəcədə irəli aparacaq və Azərbaycanın qlobal rəqabət qabiliyyətini yeni mərhələyə yüksəldəcək".

Cavidan Mirzəzadə 
Demokrat.az
Seçilən
26
1
demokrat.az

2Mənbələr