AZ

Aliment ödəməyən, övladının taleyi ilə maraqlanmayan şəxs valideynlik hüququndan məhrum edilə bilərmi?

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda aliment ödənişində problemlərlə bağlı məhkəmə işləri kifayət qədər çoxdur. Hətta alimentlə bağlı məhkəmə qərarlarının icra olunmamasına görə həbs edilənlər də getdikcə artır. Bir sıra hallarda, hətta aliment ödəməyən tərəfi məhkəməyə verərək, onun valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmədə iddialar da qaldırılır.

Bizimyol.info xəbər verir ki, 2013-cü il təvəllüdlü H.Axundovun anası da eyni tələblə məhkəmədə iddia qaldırıb. O, ərizəsində göstərib ki, uşağın atası ilə rəsmi nikahları olmasa da, birlikdə yaşayıblar. Sonradan münasibətləri pisləşib və ayrılıblar. 2020-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə aylıq 170 manat aliment kəsilib. Lakin atası heç vaxt alimenti ödəməyib, uşağın taleyi ilə maraqlanmayıb.

Yasamal Rayon Məhkəməsi alimentin ödənilməməsi əsası atanı valideynlik hüququndan məhrum etməyib. Ananın bu barədə iddiası təmin olunmayıb. Məhkəmə onu əsas gətirib ki, ata 2018-ci ildə hava limanından Azərbaycanı tərk edib və Dövlət Sərhəd Xidmətindən alınan məlumatlara əsasən, o vaxtdan geri qayıtmayıb. Məhkəmə istisna etmir ki, ata onunla bağlı aliment qərarının mövcudluğundan məlumatsız ola bilərdi. Çünki qərar 2020-ci ildə - o, ölkəni tərk edəndən sonra çıxarılıb.

Atanın valideynlik hüququndan məhrum edilməsində israrlı olan ana bu qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin edib. Qərarda göstərilib ki, hətta aliment məsələsindən xəbərsiz olsaydı belə, uşağından xəbər bilmək, onun saxlanmasında maddi baxımdan iştirak etmək atanın vəzifəsi idi. Lakin ötən illər ərzində ata bu öhdəliyini yerinə yetirməyib.

Bu əsasla da Apellyasiya məhkəməsi onun valideynlik hüququndan məhrum edilməsinə qərar verib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
icma.az

1Mənbələr